
Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 18,1 min ton mazut
istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 37 min ton və ya 3 dəfə azdır.
Bu ilin mayın 1-i vəziyyətinə ölkədə hazır mazut ehtiyatı 3,5
min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 950,3 milyon
manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3
faiz artıb.

