
Bakı.Trend:
WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox
aralıq dayanacaq fəaliyyət göstərib.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.
Bildirilib ki, tədbirlə bağlı daşımalar başlayandan (12-22 may
tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında
avtobuslarla 10 220 səfər yerinə yetirilib və 179 000-ə yaxın
sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb
olunub.
Qeyd edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat
əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7
rejimində izlənilib. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi
üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş
cəlb olunub.

