
Bakı. Trend:
Hindistanın Baş naziri Narendra Modi ABŞ dövlət katibi Marko
Rubio ilə iki ölkə arasında münasibətlərin inkişafı və qlobal
gündəlikdə duran məsələləri müzakirə edib.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Baş nazir Hindistana dörd günlük səfərə gələn dövlət katibi ilə
Yeni Dehlidə görüşüb
Görüş barədə “X” sosial media hesabında paylaşım edən Modi
bildirib ki, Hindistan-ABŞ Hərtərəfli Strateji Tərəfdaşlığında
davamlı irəliləyişi, regional və qlobal sülh, o cümlədən
təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
“Hindistan və ABŞ bütün dünyanın rifahı naminə sıx əməkdaşlıq
etməyə davam edəcəklər”, – Modi bildirib.
Rubio Modiyə ABŞ prezidenti Donald Trampın yaxın gələcəkdə Ağ
Evə səfər etmək dəvətini çatdırıb.

