U-15 Avropa çempionatında daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb

Baş səhifə

Bakı. Trend:

Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatı
sona yaxınlaşır.

Trend-in
məlumatına görə, dördüncü yarış günündə daha 2 güləşçimiz fəxri
kürsüyə qalxıb.

Elvin Necəfzadə (85 kiloqram) finalda rusiyalı İbragim
Maqomedovla qarşılaşıb. Görüş gərgin mübarizə şəraitində keçib.
Həmyerlimiz 1:4 hesabı ilə geridə olsa da, əzmkarlıq göstərərək
geridönüş edib. Son saniyələrdə qazandığı xallarla 5:4 hesablı
qələbə qazanan sərbəst güləşçimiz Avropa çempionu olub.




Gülay Xasməmmədova (36 kiloqram) isə həlledici görüşdə rusiyalı
Yelizaveta Kirillovaya “tuş”la məğlub olaraq gümüş medalı boynundan
asıb.

Beləliklə, güləşçilərimizin cari yarışda medallarının sayı 6-ya
çatıb. Bunlar 4 qızıl, 1 gümüş və 1 bürünc medaldan ibarətdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir