Türkiyədə torpaq davası – 15 nəfər yaralandı

Baş səhifə

Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda torpaq sahəsi ilə bağlı yaranan mübahisə zamanı 15 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, iki ailə arasında torpaq məsələsi səbəbindən başlayan mübahisə zamanı tərəflər bir-birinə kəsici alətlərlə xəsarət yetiriblər.

Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir