“Beşiktaş” “Rayo Valyekano”nun müdafiəçisini heyətinə qatmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

“Beşiktaş” “Rayo Valyekano”nun müdafiəçisi Luiz Felipe üçün
hərəkətə keçib.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, türklər 29
yaşlı futbolçunu yayda heyətinə qatmağı planlaşdırır.




Felipe “Beşiktaş”ın təklifini geri çevirmək istəmir. Amma hələ
ki onlara konkret cavab verməyib. Buna səbəb isə futbolçunun “Rayo
Valyekano”nun heyətində Konfrans Liqasının “Kristal Pelas”a qarşı
final görüşünə hazırlaşmasıdır.

Onun İspaniya klubu ilə müqavilə müddəti gələn ayın sonunda başa
çatacaq. Luiz “İtuano”, “Latsio”, “Salernitana”, “Betis”,
“Əl-İttihad”, “Marsel” komandalarında çıxış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir