
Bakı. Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)
Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı kilometrliyində bərpa
işlərinə başlanılıb.
AAYDA-dan Trend-ə bildirilib ki, selin təsiri nəticəsində yolun
zədələnmiş hissəsinin bərpası üçün əraziyə kifayət qədər qüvvə cəlb
olunub.
Hazırda ərazidə qazıntı işləri aparılır, fəsadların aradan
qaldırılması üçün tədbirlər görülür.
Məqsəd hərəkətin təhlükəsizliyini təmin etmək və nəqliyyat
əlaqəsini tam bərpa etməkdir.
Eyni zamanda, selin yarada biləcəyi risklərin minimuma
endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

