Türkiyədə avtobus aşdı – 45 sərnişin xəsarət aldı

Baş səhifə

Türkiyənin Çanaqqala vilayətinin Biqa rayonunda sərnişin avtobusu aşıb.

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində avtobus sürücüsü və 45 sərnişin yaralanıb.

Sürücünün idarəetməni itirdiyi avtobus yol kənarındakı tarlaya aşıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir