Nərimanov rayonunda “Opel” markalı avtomobil yanıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində avtomobildə yanğın
baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend
bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Opel” markalı minik avtomobilinin
mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Yüksək
temperaturun təsirindən yaxınlıqda park edilmiş “Mercedes” markalı
minik avtomobilinin bamperi deformasiya edib. Xəsarət alan
olmayıb.

Avtomobillərin digər hissələri yanğından mühafizə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir