Füzulidə 77 yaşlı kişi at belində ildırım vurması nəticəsində ölüb

Baş səhifə

Füzuli. Trend:

Füzuli rayonunda bədbəxt hadisə baş verib.

Trend-in Qarabağ
bürosunun məlumatına görə, hadisə rayonun Zobuçuq qəsəbəsində qeydə
alınıb.

Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kənd sakini,
77 yaşlı Hacıyev Əlyar Güləhməd oğlu qoyun təsərrüfatı ərazisində
atla hərəkətdə olarkən onu ildırım vurub.




Hadisə nəticəsində Əlyar Hacıyev aldığı xəsarətlərdən hadisə
yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir