
Bakı. Trend:
ABŞ Hörmüz boğazının açılmasını gözləyir və bundan sonra İranla
nüvə proqramı ilə bağlı danışıqlara başlamağa hazır olacaq.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubio “The New
York Times” qəzetinə müsahibəsində bildirib.
“İranın nüvə proqramı problemini 72 saat ərzində, sadəcə, kağız
üzərində həll etmək mümkün deyil. Hörmüz boğazı dərhal açılmalıdır.
Bundan sonra razılaşdırılmış parametrlər əsasında uranın
zənginləşdirilməsi, yüksək səviyyədə zənginləşdirilmiş uran
ehtiyatları və İranın heç vaxt nüvə silahına malik olmaması ilə
bağlı çox ciddi danışıqlara başlayacağıq”, – deyə o vurğulayıb.
Nəşrin yazdığına görə, Rubio bununla ABŞ administrasiyasının
Tehranın nüvə silahı hazırlamaq imkanını dərhal aradan qaldırmayan
müvəqqəti razılaşmaya razılıq verə biləcəyinə işarə edib.

