PAŞA Bank və PAŞA Həyat əməkdaşlığı çərçivəsində yeni kredit məhsulu təqdim edir

Baş səhifə

Bakı. Trend:

PAŞA Bank və PAŞA Həyat əməkdaşlığı çərçivəsində “Həyatın Yaşam
Sığortası” (HYS) sahibi olan müştərilər üçün yeni kredit məhsulu
təqdim olunur. Məhsul müştərilərə HYS hesabındakı yığım vəsaitini
təminat kimi göstərərək daşınmaz əmlak krediti əldə etmək imkanı
yaradır.

Əsas üstünlük ondan ibarətdir ki, müştəri uzunmüddətli yığımına
toxunmadan – müqaviləni dayandırmadan və ya vəsaiti vaxtından əvvəl
çıxarmadan – həmin yığımı kredit üçün təminat kimi istifadə edə
bilir. Beləliklə, müştəri həm yığımını qoruyub saxlayır, həm də
daşınmaz əmlak sahibi olur.

Kredit AZN və USD valyutalarında verilir. AZN üzrə illik faiz
dərəcəsi 12,5%, USD üzrə isə 7,5%-dir. Minimum kredit məbləği
10.000 AZN və ya onun ekvivalentidir. Kreditin müddəti sığorta
şəhadətnaməsinin qüvvədə olduğu dövrü əhatə edir. Əlavə üstünlük
isə rəsmiləşdirmə komissiyası tutulmur, iş stajı və mövcud kredit
yükü nəzərə alınmır.

Əldə edilə biləcək kredit məbləği HYS şəhadətnaməsinin neçə ay
aktiv olduğundan asılıdır – yığım müddəti nə qədər uzun olarsa,
kredit imkanı bir o qədər yüksək olur.




Məhsul haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid
edin.

Qeyd edək ki, HYS uzunmüddətli həyat yığım sığortasıdır. Müştəri
müəyyən müddət ərzində müntəzəm ödənişlər edir, müddətin sonunda
isə yığılmış vəsaiti investisiya gəlirləri ilə birlikdə geri
alır.

PAŞA Bank 2007-ci ildə təsis edilib və bu gün Azərbaycanın
aparıcı korporativ maliyyə institutlarından biridir. Bank
korporativ, kiçik və orta biznes müştərilərinə investisiya
bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə
edilməsi və klassik bank xidmətləri göstərir. PAŞA Bank
Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyədə də göstərir.

PAŞA Həyat PAŞA Holdinqin tərkibində fəaliyyət göstərən həyat
sığortası şirkətidir. Şirkət uzunmüddətli həyat yığım sığortası
məhsulları vasitəsilə müştərilərə gələcəyə planlaşdırılmış maliyyə
təminatı yaratmaq imkanı təqdim edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir