Cabbar Musayevdən yeni qərar

Baş səhifə

Bakı. Trend:

6 885 manatlıq 51 kompüter stolu Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin balansına verilib.

Trend-in əldə
etdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının
Baş naziri Cabbar Musayev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti
Aparatının balansında olan və hər birinin balans dəyəri 135
manat
olmaqla ümumi balans dəyəri 6 885
manat
təşkil edən 51 ədəd kompüter stolu
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin balansına
verilib.




Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatı,
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Muxtar
Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn
məsələləri həll etməlidirlər.

Bu Sərəncam mayın 20-dən qüvvəyə minib.

Qeyd edək ki, bu Sərəncam imzalanarkən “Azərbaycan
Respublikasında dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət Proqramı” rəhbər tutulub, Naxçıvan
Muxtar Respublikası Təhsil Nazirliyinin müraciətini nəzərə
alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir