
Bakı. Trend:
ABŞ Tayvana silah satışını dayandırıb.
Trend xəbər verir
ki, bu barədə “Washington Post” (WP) öz mənbələrinə istinadən
məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri vəzifəsini icra edən i Hun
Tsao Senata bildirib ki, Tayvana hərbi satışlar ABŞ-nin İrandakı
əməliyyatı üçün tədarükləri qorumaq məqsədilə müvəqqəti olaraq
dayandırılıb.
O əlavə edib ki, silah tədarükləri ABŞ Prezidenti Donald Tramp
administrasiyasının bunu zəruri hesab etdiyi vaxtda bərpa
olunacaq.
Xatırladaq ki, ötən həftə Çin Xalq Respublikasının sədri Si
Cinpin ilə Tramp arasında keçirilən görüş zamanı Pekin Tayvana
silah satışından narazılığını ifadə edib. Çin rəsmilərinin və
amerikalı diplomatın sözlərinə görə, Çin tərəfi ABŞ-li həmkarlarına
qeyri-rəsmi şəkildə tədarüklərin təxirə salınmasına və həcminin
azaldılmasına üstünlük verdiyini çatdırıb.

