
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 108 min ədəd artaraq 22 milyon 518 min ədəd təşkil edib.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 11% artıb, kredit kartlarının sayı isə 11% azalıb.

