Marko Rubio Ermənistana gəlir

Baş səhifə

ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana gələcək.

Modern.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, nazir Ararat Mirzoyan və Marko Rubio arasında görüş keçiriləcək və sonra onlar mətbuata açıqlamalar verəcəklər.

Tərəflər arasında ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan media nümayəndələri üçün mətbuat konfransı keçirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir