
Bakı.Trend:
ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər
edəcək.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər
Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, İrəvanda Ermənistanın xarici işlər naziri
Ararat Mirzoyan ilə Marko Rubio arasında görüş keçiriləcək.
Görüşdən sonra onlar birgə mətbuat konfransında bəyanatlarla çıxış
edəcəklər.
Badalyan qeyd edib ki, görüşlərdən sonra ikitərəfli sənədlərin
imzalanması da planlaşdırılır.

