Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilir

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq axtarışda olan təqsirləndirilən şəxs ölkəmizə
gətirilir.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat
verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun
Gürcüstanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara
uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan
danışıqlar nəticəsində Türkiyə Respublikasının vətəndaşı Kaya
Osmanın ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.




Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat
İdarəsi tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə
Osman Kaya təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq
cinayətini törətməkdə ittiham edilir.

Bu səbəbdən Osman Kayanın Cinayət Məcəlləsinin müvafiq
maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair
qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə
Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində
beynəlxalq axtarış elan edilib, Gürcüstan dövlət sərhədini qanunsuz
keçmək istəyərkən müəyyən edilərək saxlanılıb.

Hazırda Osman Kayanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə
Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir