Gömrükdən dərman preparatlarının qanunsuz keçirilməsinin qarşısı alınıb

Baş səhifə

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman preparatları aşkar edilib.

APA-Economics” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İdarənin “Qırmızı Körpü” gömrük postunda ölkə ərazisinə qarışıq yük gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və nəqliyyat vasitəsinin kabin hissəsində şübhəli cizgilər müəyyən olunub.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinindən gömrük orqanına bəyan edilməyən 6 adda 496 ədəd dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir