Sabahdan şagird yerdəişməsi dayandırılacaq

Baş səhifə

Bakı. Trend:

Sabah şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti
dayandırılır.

Trend
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən
xəbər verir ki, 26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris
ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi
prosesi müvəqqəti dayandırılacaq.




5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə
tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim
edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və
növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi
vasitəsilə həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir