“KLİK” proqramına 1000-ə yaxın müraciət daxil olub, 35 iştirakçı seçilib

Baş səhifə

Bakı. Trend:

“Könüllü Liderlərin İnkişaf Konsepsiyası” (KLİK) proqramına
qeydiyyat mərhələsində 1000-ə yaxın gənc müraciət edib, seçim
nəticəsində isə 35 nəfər iştirakçı qismində müəyyənləşdirilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Könüllü Təşkilatları İttifaqının
sədri Vüqar Əliyev “Könüllü Liderlərin İnkişaf Konsepsiyası” (KLİK)
proqramının açılış mərasimi çərçivəsində jurnalistlərə
açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondu və
Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən həyata
keçirilən proqramın əsas məqsədi yeni nəsil gənc liderlərin
yetişdirilməsi, könüllülük sahəsində fəaliyyət göstərən gənclərin
liderlik bacarıqlarının inkişaf etdirilməsi və onların
potensialının üzə çıxarılmasıdır.

V.Əliyev qeyd edib ki, proqram çərçivəsində iştirakçılar üçün
nəzəri və praktiki inkişaf imkanları yaradılacaq.




“Proqramın ümumi müddəti altı ay təşkil edir. İlk üç ay ərzində
iştirakçılar müxtəlif təlim və sessiyalarda iştirak edəcəklər.
Sonrakı üç ayda isə onlar təcrübə proqramlarına cəlb olunaraq əldə
etdikləri bilik və bacarıqları praktik fəaliyyət zamanı tətbiq
etmək imkanı qazanacaqlar.

Proqram könüllülük hərəkatında fəaliyyət göstərən gənclərin
peşəkar inkişafına, liderlik keyfiyyətlərinin formalaşmasına və
gələcəkdə yeni könüllü liderlərin yetişdirilməsinə töhfə verməyi
hədəfləyir.

Proqrama marağın yüksək olması gənclərin könüllülük fəaliyyətinə
və şəxsi inkişaf imkanlarına artan marağının göstəricisidir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir