
Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan lideri Kasım-Jomart
Tokayevin dəvəti ilə mayın 27-də Qazaxıstana üç günlük səfər
edəcək.
Trend xəbər verir
ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat
yayıb.
“Danışıqlar zamanı dövlət başçıları Qazaxıstan və Rusiya
arasında hərtərəfli strateji tərəfdaşlığın və müttəfiqlik
münasibətlərinin mövcud vəziyyətini və möhkəmləndirilməsi
perspektivlərini müzakirə edəcəklər”, – məlumatda deyilir.
Mətbuat xidməti həmçinin bildirib ki, mayın 28-də Avrasiya
İqtisadi İttifaqına üzv dövlətlərin başçılarının iştirakı ilə
Avrasiya İqtisadi Forumu keçiriləcək. Mayın 29-da isə Ali Avrasiya
İqtisadi Şurasının iclası baş tutacaq.

