
Bakı. Trend:
“HONOR” smartfonları əldə edən abunəçilərə 12 GB-dək
hədiyyə internet
“Azercell Telekom” MMC “HONOR” smartfonları üçün xüsusi
kampaniyaya start verir. Kampaniya çərçivəsində “HONOR X”
seriyasına aid seçilmiş smartfon modellərindən birini əldə edən
abunəçilərə 6 ay müddətində hədiyyə internet təqdim olunacaq.
Smartfon modelindən asılı olaraq istifadəçilər hər ay 6 GB və ya 12
GB internet paketi, həmçinin eksklüziv “HONOR” bel çantası əldə
edəcəklər.
İnternet paketi 6 ay müddətində ödənişsiz şəkildə təqdim edilir
və hər 28 gündən bir avtomatik yenilənir. Kampaniya müddəti başa
çatdıqdan sonra isə abunəçilər internet paketindən növbəti 6 ay
ərzində 20% endirimlə yararlanmaq imkanı əldə edəcəklər.
Kampaniya Azercell-in rəsmi satış
və xidmət mərkəzlərində keçərlidir.
Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/campaigns/special-offers/honor-ile-xususi-kampaniya.html

