Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyev təbrik edib

Baş səhifə

Bakı. Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub
ünvanlayıb.

Trend xəbər
verir ki, məktubda qeyd olunub:

“Hörmətli Prezident, Əziz Qardaşım,

Zati-alinizi və Can Azərbaycan xalqını Azərbaycanın Müstəqillik
Günü münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən
təbrik edirəm.

Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti
sayəsində Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda
və beynəlxalq miqyasda nüfuzunun artmasımdan böyük qürur və iftixar
hissi keçiririk.

Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin
köklü qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər
Əliyevin bizə mirası olan “Bir millət, iki dövlət” prinsipi
əsasında hər gün daha da güclənir. Türkiyə olaraq, güclü
əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə
özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına
davam edəcəyik.

İnanıram ki, güclü həmrəyliyimiz, əməkdaşlığımız və birgə
layihələrimiz qarşıdakı dövrdə də xalqlarımızın rifahına, həmçinin
regionumuzda sülhə, sabitliyə və inkişafa əhəmiyyətli töhfələr
verməyə davam edəcək. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq
və həmrəylik ruhunun bütün Türk dünyasında, xüsusən də Türk
Dövlətləri Təşkilatının çətiri altında əməkdaşlığımızın və
həmrəyliyimizin inkişafına müsbət təsirini və töhfəsini görmək də
xoşdur.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik
diləyir, qardaş Azərbaycan xalqının davamlı rifahı və tərəqqisi ilə
bağlı ən xoş arzularımı bildirir, Can Azərbaycanın Müstəqillik
Gününü bir daha ürəkdən təbrik edirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir