NATO Ukraynaynaya icbari hərbi yardım planını razılaşdıra bilməyib

Baş səhifə

Bakı. Trend:

NATO Ukraynaya icbari hərbi yardım planını razılaşdıra bilməyib.
Böyük Britaniya və Fransa da daxil olmaqla beş ölkə plana qarşı
çıxıb.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.




NATO ölkələri alyansın baş katibi Mark Rüttenin təklif etdiyi
Ukraynaya yardım planını dəstəkləməyiblər. Məlumata görə, plan NATO
üzvlərinin hər il Ukraynaya yardım üçün ÜDM-in azı 0,25 faizi
həcmində vəsait ayırmaq öhdəliyini nəzərdə tuturdu.

Məlumata görə, artıq Ukraynaya ÜDM-lərinin 0,25 faizindən çoxunu
ayıran ən azı yeddi ölkə planı dəstəkləyib. Lakin NATO-nun ən böyük
iqtisadiyyatlarına malik beş üzvü – Böyük Britaniya, İspaniya,
İtaliya, Kanada və Fransa bu ideyanın məqsədəuyğun olmadığını hesab
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir