
Bakı.Trend:
Paytaxtın daha 3 ünvanında minib-düşmə yeri yaradılıb.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumaty verilib.
Bildirilib ki, paytaxtın Səməd Vurğun və Mərdanov qardaşları
küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv
olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün
əlavə şərait yaradılıb.
Belə ki, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin
Tədris Cərrahiyyə Klinikasının qarşısında “3.28” – “durmaq
qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil
olunub. Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol
nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün
şərait yaradılıb.
Bundan əlavə, Mərdanov qardaşları küçəsi, Respublika Pediatriya
Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında “3.28” – “durmaq
qadağandır” nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil
edilib.

