
Bakı. Trend:
Aprel ayı ərzində Azərbaycanda kartlardan istifadə etməklə
nağdsız ölkədaxili ödənişlərin həcmi 9,094 milyard manat təşkil
edib.
Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə kartlardan istifadə etməklə
nağdsız daxili ödənişlərin həcmi 16 faiz artıb.
Qeyd olunur ki, həyata keçirilmiş nağdsız ödənişlərin 7,969
milyard manatı elektron ticarətin payına düşür.
“Qalan məbləğin 1,123 mln. manatı POS-terminallar, 2.5 mln.
manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə
gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız
ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının
69.9%-ni təşkil edib”, – deyə məlumatda qeyd olunur.

