İctimai yerlərdə “kömək” adı ilə yeni dələduzluq üsulu yayılır – ETX

Baş səhifə

Bakı.Trend:

Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara yeni yayılan
kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edib.

ETX-dən Trend-ə verilən məlumata görə, son dövrlər dünyada
naməlum şəxslərin ictimai yerlərdə müxtəlif bəhanələrlə
vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəməsi halları
artmaqdadır. Məqsəd isə insanların biometrik məlumatlarını ələ
keçirməkdir.

Məlumata görə, bu zaman qarşı tərəfin telefonunda gizli
videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola
bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü, bəzi hallarda isə
toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq
məqsədləri üçün istifadə edilir.




ETX beynəlxalq mühitdə müşahidə olunan bu kimi hallardan
qorunmaq üçün vətəndaşlara bir sıra preventiv kibergigiyena
tədbirlərinə əməl etməyi tövsiyə edib.

Qurum tanımadıqları şəxslərin mobil telefonlarına toxunmamağı,
naməlum şəxslərin telefonlarında heç bir təsdiq əməliyyatı
aparmamağı, kamera və ya səsli təsdiq tələb olunan hallarda
ehtiyatlı davranmağı, şəxsi və biometrik məlumatları üçüncü
şəxslərlə paylaşmamağı tövsiyə edib. Həmçinin yaşlı şəxslərin və
azyaşlıların bu üsullar barədə məlumatlandırılmasının vacibliyi
vurğulanıb.

Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara, eləcə də
Elektron Təhlükəsizlik Xidmətinin
[[email protected]](mailto:[email protected]) elektron poçt ünvanına və ya
“1654” qaynar xəttinə məlumat verilməsi xahiş olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir