Azərbaycanda kredit qoyuluşları 32,6 milyard manatı ötüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər
üzrə kredit qoyuluşlarının cəmi məbləği 32,632 milyard manat, vaxtı
keçmiş kreditlərin həcmi isə 614,2 milyon manat təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit
qoyuluşlarının 28,3 milyard manatını milli valyutada kreditlər
təşkil edib.

Milli valyutadakı kreditlərin 514,1 milyon manatının ödəmə vaxtı
keçib.




Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,351 milyard manatı
xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də
100,1 milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin mayın 1-nə
milli valyutada qoyulmuş kreditlər 2,7 milyard manat və ya 10,7,
xarici valyutada qoyulmuş kreditlər isə 5,6 milyon manat və ya 0,1
artıb.

Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,594
milyard manatını qısamüddətli, 23,687 milyard manatını uzunmüddətli
kreditlər, xarici valyutadakı kreditlərin isə 1,393 milyard
manatını qısamüddətli, 2,958 milyard manatını isə uzunmüddətli
kreditlər təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir