BTC vasitəsilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı boru kəmərinin Azərbaycan
hissəsinin istifadəyə verilməsindən indiyədək kəmərlə təqribən 556
milyon ton Azərbaycan mənşəli neft nəql edilib.

Trend bu barədə
Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı boru
kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsindən 21 il
ötür.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən isə, təkcə bu
ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql
olunan tranzit neftinin həcmi 8 milyon 389,5 min ton təşkil edib.
Bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 925,2 min
ton və ya 9,9% azdır.




Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında BTC ilə 9 milyon
314,7 min ton neft nəql edilmişdi.

Dövr ərzində ümumi nəqletmənin 77,0 faizi BTC ilə ötürülüb.
Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 82,4 faizini (6
milyon 914,3 min ton) Azərbaycanda hasil edilən neft, 17,6 faizini
(1 milyon 475,2 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil
olan neft təşkil edib.

Hazırda BTC əsasən “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağından nefti
və “Şahdəniz” yatağından kondensatı nəql edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir