Bakı–Tbilisi–Bakı qatarlarına nə qədər bilet satılıb?

Baş səhifə

Bakı.Trend:

Bakı–Tbilisi–Bakı marşrutu üzrə satışa çıxarılan 8 400 biletin
artıq 70 faizi satılıb ki, bu da reysə olan yüksək tələbatın
göstəricisidir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir
Yolları” QSC-dən məlumat verilib.




“Ən yüksək satış göstəricisi Tbilisi–Bakı istiqamətində qeydə
alınıb”,-deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Bakıdan Tbilisiyə hərəkət edəcək qatar bu gün saat
21:00-da Bakı Dəmiryol Vağzalında olacaq. Sərnişinlərin qeydiyyatı
saat 22:00-da başlayacaq, qatar isə saat 23:10-da yola düşəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir