Manatın dövretmə sürəti açıqlandı

Baş səhifə

Bakı. Trend:

Cari ilin mayın 1-nə olan vəziyyətə görə, Azərbaycanın milli
valyutası olan manatın dövretmə sürəti 2,96 bənd təşkil edib.

Trend Azərbaycan
Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin
aprelin 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3 faiz, ötən ilin eyni
dövrü ilə müqayisədə isə 0,37 bənd və ya 11,1 faiz azdır.




Belə ki, cari ilin aprelin 1-nə manatın dövretmə sürəti 2,96
bənd, ötən ilin mayın 1-d-ə isə 3,33 bənd təşkil edib.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, son 17 ildə manatın
dövretmə sürətinin ən aşağı göstəricisi 2015-ci ilin yanvar ayının
yekunlarına görə qeydə alınıb və 2,68 bənd təşkil edib. Ən yüksək
göstərici isə 2005-ci ildə müşahidə olunub — 15,72 bənd.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir