
Bakı. Trend:
Son beş il ərzində heyvanların sayında azalma, bununla belə, ət
istehsalında və adambaşına ət istehlakında artım müşahidə
edilir.
Trend xəbər
verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident
İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr
olunmuş müşavirədə deyib.
Nazir vurğulayıb ki, artan ət istehsalı, təəssüf ki, artan ət
istehlakını qarşılaya bilmir və buna görə də ət idxalı son illərdə
artıb.
“Bu sahənin qarşısında duran əsas çağırışlardan biri məhz
məhsuldarlıqdır. Heyvandarlıqda məhsuldarlıq bu gün istəniləndən
daha aşağıdır. Eyni zamanda, sürüdə cins heyvanların sayı cəmi 2,5
faiz təşkil edir. Bu da, təəssüf ki, bizə məhsuldarlığı ciddi
şəkildə artırmağa şərait yaratmır.
Bitkiçilik sektorunda olduğu kimi, heyvandarlıq sektorunda da
biz həm süd, həm də ət istehsalında ekstensiv təsərrüfatların artıq
öz inkişaf imkanlarını tükətdiyini görürük. Son beş ildə də əsas
artımın məhz intensiv təsərrüfatların hesabına olduğunu görürük.
Halbuki, onların sayı bu gün Azərbaycanda azdır və biz onların
artırılmasına nail olmalıyıq”, – deyə M.Məmmədov qeyd edib.

