
Bakı. Trend:
Paris-Kopenhaqen marşrutu ilə uçan “Air France” hava yolları
şirkətinə məxsus sərnişin təyyarəsi salonda baş verən tüstülənmə
ilə əlaqədar Sxiphol aeroportuna (Niderland) məcburi eniş edib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, “Airbus A220-300” sərnişin təyyarəsinin
göyərtəsindən 100-dən çox sərnişin olub. Təyyarə bir saatdan çox
səmada olub və insidentin yaşanmasından sonra Qroninqen əyaləti
üzərində olarkən dönüş edib və Niderlandda fövqəladə eniş üçün
icazə istəyib. Salonda tüstülənmənin yaranma səbəbi
araşdırılır.
Aeroportda təyyarənin məcburi enişi ilə əlaqədar yüksək hazırlıq
vəziyyəti elan edilib. Eniş zolağına bir neçə yanğınsöndürmə
texnikası, o cümlədən təcili tibbi yardım briqadaları və
sanaviasiya helikopteri səfərbər olunub.

