Azərbaycanda yeni bitki yağı emalı zavodları yaradılacaq

Baş səhifə

2026-2030-cu illərdə Azərbaycanda bitki yağlarının istehsalı klasterinin formalaşdırılmasının təşviqi nəzərdə tutulub.

APA-Economics” xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, bitki yağları istehsalının artırılması üçün bitkiçilik sahəsinin dəstəklənməsi, investisiyaların cəlb edilməsi üçün təşviq mexanizminin tətbiq edilməsi planlaşdırılır.

Eyni zamanda azı 2 bitki yağı emalı zavodunun yaradılması hədəflənir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir