
Bakı.Trend:
Rüşvət almaqda təqsirləndirilən Eyvaz Niftalıyev və Ramis
Hümmətovun cinayət işi üzrə növbəti məhkəmə yekunlaşıb.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.
Hökmə əsasən, Eyvaz Niftalıyev 10 il, Ramis Hümmətov 9 il
müddətə azadlıqdan məhrum edilib.
Ramis Hümmətovun himayəsində olan azyaşlı övladına görə cəza
təxirə salınıb.
Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla
iş üzrə idarəsinin əməkdaşı olub.
Təqsirləndirilən Eyvaz Niftəliyev və Ramis Hümmətov Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə ittiham edilib. .
Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə
Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu
tanınıb.
Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətovun
barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

