Prezident İlham Əliyev Pakistanın Baş nazirinə başsağlığı verib

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə
başsağlığı verib.

Trend məktubu
təqdim edir:

“Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

Ölkənizin cənub-qərbində sərnişin qatarını hədəf alan xain
terror aktı nəticəsində çox sayda insanın həlak olması və xəsarət
alması barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin
bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin
şəkildə mübarizə aparılmasını labüd hesab edirik.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların
ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir