
Bakı.Trend:
ABŞ-nin “Vector Defense” şirkəti Səudiyyə Ərəbistanından olan
“SR2 Defense Systems” startapı ilə Ər-Riyad yaxınlığında kamikadze
tipli dronların istehsalı üzrə zavod inşa etməyə başlayıb.
Trend xəbər verir
ki, bu barədə xarici media məlumat yayb.
Məlumata görə, birgə müəssisədə İranın “Şahid” kamikadze
dronları üslubunda “Skywasp” pilotsuz uçuş aparatlarının istehsalı
planlaşdırılır. PUA 1,5 min km-ə qədər məsafədə olan hədəfləri dəf
edə bilir.
Dronlar təkcə Səudiyyə Ərəbistanı üçün yox eyni zamanda ixrac
üçün nəzərdə tutulub. İstehsal həcmləri barədə hələlik məlumat
verilmir. Bununla belə birgə müəssisənin həmtəsisçisi Lüsyen
Zeyqler bildirib ki, buraxılan hərbi məhsullar krallığın strateji
qabaqlama ilə bağlı tələblərinə cavab verəcək.

