Bəxtiyar Hacıyev: "İyunun ortalarına qədər bütün biletlər satılıb"

Baş səhifə

Bakı–Tbilis istiqamətində fəaliyyətə başlayan qatar reyslərinə maraq kifayət qədər yüksəkdir. 
Bunu Modern.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. O, qeyd edib ki, sərnişin axınının artması səbəbindən qatara əlavə vaqon da qoşulub:

“Qatar ilkin olaraq 5 vaqondan ibarət olub və onlardan biri restoran vaqonu kimi fəaliyyət göstərib. Artan tələbat nəzərə alınaraq əlavə bir vaqon da reysə daxil edilib”. B.Hacıyev satışa çıxarılan 8000 biletin təxminən 6400-ü, yəni 70 faizinin artıq satıldığını vurğulayıb:
“Hətta Gürcüstandan iyunun ortalarına qədər, bütün reyslər üzrə biletlər satılıb”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir