
Bakı. Trend:
Londonun ICE birjasında “Brent” markalı xam neftin qiyməti 21
apreldən bəri ilk dəfə olaraq barrel üçün 94 dollardan aşağı
düşüb.
Trend xəbər verir ki,
Bakı vaxtı ilə saat 20:54-ə olan məlumata görə, avqust ayı üçün “Brent” markalı xam neftin fyuçersləri 6,22% azalaraq barrel üçün
93,98 dollara enib.
İyul ayı üçün “WTI” fyuçersləri 6,37% azalaraq 90,45 dollar
olub.

