
Bakı. Trend:
NATO mayın 26-dan iyunun 13-dək Bolqarıstan ərazisində “Strike
back” adlı hərbi təlimlər təşkil edəcək.
Trend xəbər verir ki,
bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, təlimlər çərçivəsində Bolqarıstan, Rumıniya,
ABŞ və Türkiyənin quru qoşunları ilə yanaşı, NATO-nun çoxmillətli
döyüş qrupu da iştirak edəcək. Təlimlər Xaskovo yaxınlığında
yerləşən “Koren” hərbi poliqonunda döyüş atışları ilə müşayiət
olunan taktiki məşqlər formatında keçiriləcək.
Nazirlikdən bildirilib ki, NATO-ya məxsus hərbi texnikanın
hərəkəti hərbi polis tərəfindən müşayiət olunacaq.

