MDB ölkələrinin təhlükəsizlik qurumlarının rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Baş səhifə

Bakı. Trend:

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin təhlükəsizlik və
xüsusi xidmət orqanlarının rəhbərləri əməkdaşlığın daha da
gücləndirilməsi və terrorizmlə mübarizə sahəsində təcrübə paylaşımı
ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Trend xəbər verir ki,
bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə
Əlaqələr Mərkəzi açıqlama yayıb.

Məlumatda bildirilib ki, 26 may 2026-cı ildə İrkutsk vilayətində
MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları
rəhbərləri Şurasının 58-ci toplantısı keçiriləcək.




Qeyd olunub ki, iclas zamanı MDB məkanında xüsusi xidmət
orqanları arasında əsas fəaliyyət istiqamətləri üzrə qarşılıqlı
əlaqələrin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində
olacaq.

Açıqlamaya əsasən, görüşdə dini radikalizmin yayılmasına qarşı
mübarizə, transmilli terror təhlükələrinin qarşısının alınması
istiqamətində təcrübə mübadiləsi aparılması nəzərdə tutulur.
Bununla yanaşı, kollektiv antiterror müdafiə sisteminin mövcud
vəziyyəti dəyərləndiriləcək və 2025-ci ildə keçirilmiş birgə
antiterror təlimlərinin yekunları müzakirə olunacaq.

İştirakçıların həmçinin 2023-2025-ci illər üzrə terrorizm və
ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq proqramının icrasını
nəzərdən keçirəcəyi, eləcə də 2025-2027-ci illəri əhatə edən
deradikalizasiya proqramının həyata keçirilməsi ilə bağlı fikir
mübadiləsi aparacağı bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir