Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub

Baş səhifə

Bakı. Trend:

Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi
baş verib.

Trend xəbər verir ki,
qəza Dilman–Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən
hissəsində qeydə alınıb. İlkin məlumata görə minik avtomobilinin
sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil
yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə
çırpılıb. Daha sonra nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq
təxminən 100 metr aralıda yerləşən çayın yatağına aşıb.




Qəza zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində
həyatını itirib. Digər iki sərnişin ağır bədən xəsarətləri ilə
Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir