Mauritsio Sarrinin yeni klubu müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri “Atalanta”ya
keçməyə yaxındır
.

Trend xəbər verir ki,
bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb

Məlumata görə, 67 yaşlı italiyalı mütəxəssis Berqamo təmsilçisi
ilə müqavilə şərtlərini razılaşdırıb və yaxın vaxtlarda rəsmi
sözləşməyə imza atacaq.




Gözlənilir ki, Mauritsio Sarri baş məşqçi vəzifəsində Raffaele
Palladinonu əvəzləsin. 2025-ci ilin noyabrından komandaya rəhbərlik
edən italiyalı məşqçinin rəhbərliyi altında “Atalanta” A Seriyasını
7-ci pillədə başa vurub.

Həmçinin, Romano xəbər verir ki, Sarrini “Latsio”da Cennaro
Qattuzo əvəz edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir