
Bakı.Trend:
Türkiyənin İzmir şəhərində jandarmanın Güzelbahçe Bələdiyyəsinə
qarşı keçirdiyi əməliyyat zamanı CHP-li bələdiyyə sədri Mustafa
Günay və şəhərsalma idarəsinin müdiri də daxil olmaqla çoxsaylı
şəxs saxlanılıb.
Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.
İzmir Respublika Baş Prokurorluğunun koordinasiyası ilə
Güzelbahçe Bələdiyyəsinə qarşı keçirilən əməliyyat çərçivəsində
hazırkı bələdiyyə sədri Mustafa Günay və onun sələfi – keçmiş
bələdiyyə sədri Mustafa İnce də daxil olmaqla azı 5 nəfər
saxlanılıb.
Saxlanılan şübhəlilər xəstəxanada tibbi müayinədən keçirildikdən
sonra dindirilmək üçün İzmir Vilayətinin Jandarma İdarəsinə təhvil
verilib.
Əməliyyat çərçivəsində jandarma əməkdaşlarının Güzelbahçe
Bələdiyyəsinin binasına daxil olaraq başladığı sənədlər və rəqəmsal
materiallarla bağlı axtarış tədbirlərinin isə hələ də davam etdiyi
bildirilib.

