
Bakı.Trend:
Koreya Xalq Demokratik Respublikasının hərbçiləri Sarı dəniz
istiqmaətində bir neçə kiçik mənzilli ballistik raketlərin
buraxılışını həyata keçirib.
Trend xəbər verir
ki, bu barədə “Yonhap” Koreya Respublikasının Silahlı Qüvvələrinin
Qərargah rəisləri komitəsinə istinadən xəbər verir.
Raketlər Pxyonan-Pukto əyalətində yerləşən Çoncu şəhərinin
kənarından buraxılıb. Söhbət uçuş məsafəsi 300 kilometri ötməyən
ballistik raketlərdən gedir.
Bundan əvvəl aprelin 19-da Cənubi Koreyanın silahlı qüvvələri
Sinpho şəhərində Yapon dənizi istiqamətində bir neçə ballistik
raketin buraxıldığını qeydə almışdı.

