Yaxın Şərqdəki boğazlar açıq qalacaq – Rubio

Baş səhifə

Bakı.Trend:

Yaxın Şərqdəki boğazlar nəyin bahasına olursa olsun, açıq
qalacaq.

Trend xəbər verir
ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio amerikalı
hərbçilərin İran obyektlərinə endirdiyi zərbələri şərh edərkən
bildirib.

“Boğazlar açıq olmalıdır və bu, təmin ediləcək”,- deyə ABŞ
diplomatiyasının rəhbəri vurğulayıb.




O əlavə edib ki, Tehranla mümkün razılaşmanın detalları üzrə
danışıqların yekunlaşdırılması daha bir neçə gün çəkə bilər.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Kommandanlığı
(CENTCOM) İranın cənubuna zərbələrin endirildiyini təsdiqləyib.
Komandanlığın nümayəndəsinin sözlərinə görə, bu addımlar amerikalı
hərbi qulluqçuların İran Silahlı Qüvvələrindən qaynaqlanan
təhdidlərdən qorunması məqsədilə özünümüdafiə çərçivəsində
atılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir