Bayram günləri üçün əlavə qatar reysləri təşkil edilir – CƏDVƏL

Baş səhifə

Bakı.Trend:

Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş
günlərində (27-31 may tarixlərində) Bakı-Balakən-Bakı xətti üzrə
qatarlara tələbata uyğun olaraq “Standart” və “Standart+” sinfi
olmaqla ümumilikdə əlavə 20 vaqon qoşulacaq.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat
verilib.

Bildirilib ki, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları
üzrə hər iki istiqamətdə qatar reysləri təşkil edəcək.




Bundan əlavə, Qurban bayramı ilə əlaqədar mayın 27-də
Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə ikitərəfli reyslər təşkil
ediləcək.

Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar bayram
günlərində ənənəvi qrafiklə hərəkət edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir