
Bakı. Trend:
ABŞ ordusuna məxsus bir ədəd “MQ9” Pilotsuz Uçuş Aparatı İran
səmasına daxil olduğu üçün vurulub.
Trend xəbər
verir ki, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH)
məlumatında öz əksini tapıb.
Məlumata görə, ABŞ ordusuna məxsus uçuş aparatları İranın
ərazisinə daxil olduqlarına görə, onlara atəş açılıb. Nəticədə
“RQ4” PUA-sı və “F35” qırıcı təyyarəsi ölkə səmasından
uzaqlaşıb.
“İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ ordusu tərəfindən
atəşkəsin istənilən formada pozulması haqda xəbərdarlıq edir və
qarşılıqlı olaraq cavabın verilməsini öz qanuni haqqı hesab edir”,
– deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

