Seulda estakada uçdu: ölənlər və yaralananlar var

Baş səhifə

Cənubi Koreyanın paytaxtı Seul şəhərində estakada uçub, ölən və yaralananlar var.

Modern.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə estakadanın sökülməsi zamanı baş verib. Uçqun nəticəsində azı 3 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Hadisə ilə əlaqədar Seul və Sinçon stansiyası arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Hazırda ərazidə xilasedici əməliyyatlar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir